Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
İşğaldan azad olunan digər rayonlarımızda olduğu kimi, indi Kəlbəcərdə də geniş qurculuq işləri gedir

0

  •      Məlumdur ki, mənfur düşmənimiz ermənilər 1992-ci ildə Qarabağı tamamilə işğal etmişdilər. Qarabağın Ermənistanla birbaşa əlaqəsi yox idi. Ona görə də, onlar Ermənistanla əlaqə yaratmaq üçün Laçın və Kəlbəcəri də işğal etdilər.     Kəlbəcər 1993-cü il aprelin 2-də işğal edilmişdi. Kəlbəcərin işğalı nəticəsində on minlərlə soydaşımız məcburi köçkünə çevrilmişdi. Yurd-yuvasından didərgin olmuşdu. Bütün Beynəlxalq tədbirlərdə Prezidentimiz xüsusi qeyd edirdi ki, torpaqlarımızı sülh yolu ilə qaytarsınlar. Əgər sülh olmasa müharibə qaçınılmazdır.   Torpaqlarımızın işğaldan azad olunmasının səbəbkarları - ATƏT-in Minsk qrupunun həmsədrlərinin danışıqlar prosesi zamanı işğalçıdan bunu tələb etməmələri olub. Əksinə bizi işğalçılarla bərabər tutublar. Demək olar ki, ermənilərin bizim doğma torpaqlarımızı işğalda saxlamalarına vasitəçi olublar.    Lakin 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq, Azərbaycan işğalçını BMT Təhlükəsizlik Şurasının illərlə icra olunmamış 822 saylı qətnaməsinin tələblərini güc yolu ilə yerinə yetirməyə məcbur etdi. Azərbaycan döyüş meydanında parlaq qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail oldu.   Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, habelə Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən, Ermənistan Silahlı qüvvələrinin birləşmələri Kəlbəcər rayonunu noyabrın 15-dək tərk etməli idi. Lakin Ermənistan Ermənistan tərəfinin müraciəti əsasında Rusiya dövlətinin xahişi ilə sonradan Ermənistana Kəlbəcəri tərk etmək üçün 10 gün əlavə möhlət verildi.   Noyabrın 25-də Kəlbəcər rayonu Ali Baş Komandan, hörmətli Prezidentimiz İlham Əliyevin uzaqgörən ağıllı siaysəti nəticəsində, qan tökülmədən, heç bir itki vermədən azad edildi.   Kəlbəcərin coğrafi mövqeyi çox sərtdir. Düşmən orada əsaslı şəkildə mövqelənmişdi. Səngərlər, sığınacaqlar düzəltmişdilər. Sərt sıldırımlarla Azərbaycanın igid oğlanları hücuma keçər, qələbə də çalardı. Amma itkilərimiz çox olardı. Prezidentimiz bu itkilərin qarşısını aldı və Kəlbəcəri azad etdi. Kəlbəcər azaddır!   İşğaldan azad olunan digər rayonlarımızda olduğu kimi, indi Kəlbəcərdə də geniş qurculuq işləri gedir.    56 km uzunluğunda olan Toğanalı-Kəlbəcər avtomobil yolu I və II texniki dərəcəli standartlara uyğun olaraq icra edilir. Toğanalı-Kəlbəcər- İstisu avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Murovdağ tunelində əlavə, daha üç tunelin inşası nəzərdə tutulur. Bu yolun tikintisi rayonun inkişafında müstəsna rol oynayacaq. İnzibati binalar tikilir. Elektrik stansiyaları yaradılır.    Fermerler heyvandarlıqla, arıçılıqla məşğul olur. Kəlbəcərin əvəzsiz təbiətinin nemətlərindən artıq xalqımız iki ildir ki, istifadə edir. Artıq Kəlbəcərin əbədi sahibləri doğma yurd-yuvalarına qayıdıblar.     Kəlbəcərin müdafisəi günü-gündən güclənir. Mənfur düşmənimiz atəşkəsi pozsalar da, layiqli cavablarını alırlar. Məhz buna bariz nümunə Kəlbəcərdə “Komando Hərbi Hissəsi”nin yaradılmasıdır.   Bütün quruculuq işlərinə, müdafiə işlərinə şəxsən Ali Baş Komandan, Ümummilli Liderimizin varisi hörmətli İlham Əliyev şəxsən özü nəzarət edir.   Tez-tez işğaldan azad olan torpaqlarda olur, müxtəlif tikintilərin özülünü qoyur, açılışını edir.    Bütün bunlara görə, hörmətli Prezidentimizə minnətdarlığımı bildirirəm, can sağlığı, yeni-yeni uğurlar arzu edirəm. Arzu edirəm yaxın zamanda indi erməni işğalında qalan, müvəqqəti rus sülhməramlılarının nəzarətində olan Xankəndimiz, Xocalımız, digər torpaqlarımız da işğaldan azad olunsun. Prezidentimiz o torpaqlarda da üçrəngli bayrağımızı dalğalandırsın.    Yaşasın Ali Baş Komandanımız İlham Əliyev Cənabları!    Yaşasın Müzəffər Ordumuz!    Yaşasın vətənpərvər, 44 günlük müharibədə birlik nümayiş etdirən Azərbaycan Xalqı!Xudayar Quliyev,Xocalı rayon Yaloba kənd tam orta məktəbinin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib41 dəfə
    İşğaldan azad olunan digər rayonlarımızda olduğu kimi indi Kəlbəcərdə geniş qurculuq işləri gedir

    Maraqlı gələ bilər
    59
    44
    51